Загрузка...

Rusiyada keçirilən dünya çempionatında bu gün daha 3 oyun baş tutdu.

Musavat.com xəbər verir ki, günün son oyunu keçirilib.

İlk matç ilə “A” qrupunda birinci tura yekun vurulub. Yekaterinburqda Misir və Uruqvay milliləri üz-üzə gəlib. Məhəmməd Salahın oynamadığı görüşdə Cənubi amerikalılar 90-cı dəqiqədə vurduqları qolla qələbəni bayram ediblər.

“B” qrupunun ilk matçında Mərakeş İranı sınağa çəkir. Sankt-Peterburqda keçirilən bu görüşü türkiyəli hakim Cüneyt Çakır idarə edib.

İki oyundan sonra isə hazırda azarkeşlər Portuqaliya – İspaniya qarşılaşmasına tamaşa edib. Oyunun birinci hissəsində Kristiano Ronaldo hesabı açıb. Oyunun ilk hissəsində 25-ci dəqiqədə isə Dieqo Kosta hesabı bərabərləşdirib.

Oyunun birinci hissəsinin bitməsinə 1 dəqiqə qalmış Portuqaliya komandası hesabı yenidən artırıb. Ronaldo dünya çempionatında ikinci qolunu vurub. Hesab Portuqaliyanın xeyrinə 2-1 olub.

Oyunun ikinci hissəsində Dieoqo Kosta yenidən qol vuraraq hesabı bərabərləşib.

Ardından çox keçmədən 58-ci dəqiqədə Naço Portuqaliyanın qapısından üçüncü topu keçirib.

Oyunun son dəqiqələrində, Ronaldo yenidən fərqlənib. Cərimə zərbəsini dəqiq yerinə yetirən futbolçu dünya çempionatında üçüncü qolunu vurdu. Beləliklə matç 3-3 hesabı ilə başa çatıb. Komandalar stadiondan 1 xalla ayrılıb.

 Musavat.com
Ronaldodan dünya çempionatında qol şousu - FOTOLAR
Ronaldodan dünya çempionatında qol şousu - FOTOLAR
Ronaldodan dünya çempionatında qol şousu - FOTOLAR
Ronaldodan dünya çempionatında qol şousu - FOTOLAR