Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iyunun 15-də saat 2 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində qəsəbə sakini Elməddin Hadıyev idarə etdiyi “Tavriya” markalı avtomobillə yolu keçən Susanna Məmmədovanı vurub.
Hadisə nəticəsində piyada hadisə yerində ölüb.