Dünyanın ən gözəl qadınlarından hesab edilən Ancelina Coli uşaqlarının vəkalətini itirə bilər.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Ancelina Coli və Bred Pittin məhkəməsinə aid vacib detallar mediada yayılıb. Belə ki, aktrisa keçmiş həyat yoldaşına uşaqları daha çox görməyə icazə verməzsə, onların vəkalətini itirəcəyi barədə hakim tərəfindən xəbərdarlıq alıb. Sənədlərdə qeyd olunub ki, uşaqların atalarını bəlli vaxtda görməməsi onların psixologiyasına mənfi təsir göstərir.
Lakin aktrisanın mətbuat katibi yayılan xəbərlərin yalan olduğunu, Colinin daim uşaqların ehtiyaclarını və sağlamlığını düşündüyünü deyib.