Türkiyənin Aydınlının Kuşadası ilçəsində qocalar evində əqli qüsurlu və xronik şizofreniya xəstəsinə xəsarət yetirdiyi iddia edilən tibb bacısı Nazmiye A haqqında cinayət işi açılıb və istintaq aparılır.
Medianews.az xəbər verir ki, istintaq zamanı təxminən 5 ildir özəl bir qocalar evində yaşayan %80 əqli geriliyi olan Fikret Bayraktarın (57 yaş) hadisə günü tibb bacısından siqaret istədiyiç rədd cavaı alınca da durmadan israr etdiyiç təkidlərə dözməyən Nazmiye A.-nın yaşlı adamı döydüyü ortaya çıxıb. İş yoldaşlarından birinin rəhbərliyə məlumat verməsinin ardından müdiriyyət hadisəyə aydınlıq gətirməyə başlayıb. Bayraktarın ailəsinə xəbər verilib.
Bacısı şikayətçi olub…
Qardaşının fiziki şiddətə məruz qaldığı öyrənən Hanife Gençkurt İzmirdən Kuşadasına gələrək polisə müraciət edib tibb bacısından şikayətçi olub.
Qocalar evinin müdürü Haşmet Atabey isə ” Haqqında polisə məlumat verilib , həqiqət ortaya çıxacaq və lazımlı tədbirlər görüləcək.” deyib. İstintaq başladığı andan etibarən tibb bacısının içinə xitam verilib.
Medianews.az