Aktrisa Elif Atakanla sevgilisi Mustafa Cem Kandəmir ailə qurub.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, sadə bir mərasimlə nikah masasına oturan cütlük geyimi ilə fərqlilik yaradıb. Onlar gələcək planlarından da danışıb. Elif Atakan bildirib ki, bir müddət sonra dünya turuna çıxacaqlar.
Getdikləri ölkələrdə fərqli dadda kofeləri Türkiyəyə gətirərək, açdıqları kafedə təqdim edəcəklər. Onlar eyni zamanda köhnə binalarla bağlı yeni layihə hazırladıqlarını, buna görə də sponsor axtardıqlarını qeyd ediblər.