“Maşın” şounun finalında yarışan vayner Hüseyn Əzizoğlu ilə müğənni Roza Zərgərli arasında mübahisə yaşanıb.
Musavat.com xəbər verir ki, oyun boyu birgə mehriban olan, bir-birinə ana-oğul deyən ikilinin davasına səbəb Zərgərlinin vaynerdən maşının üzərindən əlini çəkməsini istəməyi olub. Lakin Hüseyn bununla razılaşmayıb, hətta mahnı oxuyaraq ona acıq verib.
R.Zərgərli özündən çıxaraq onun üstünə meyvələr atıb.
Canlı yayımda isə Murad Dadaşov araşdırma apardıqlarını, hər kadrı diqqətlə izlədiklərini deyib.
Qeyd edək ki, sabah “Maşın”ın sonuncu final günüdür.