Загрузка...

Azərbaycanda baş vermiş bir neçə oğurluq faktının üstü açılıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, həmin hadisələrdən bir neçəsini təqdim edirik:

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 13-də Yeddioymaq kəndindəki evlərin birindən 1000 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Sadiq Zeynalov saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş Əskər Əkbərovun ətrafında Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 4 evdən inşaat materialları, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Tərtər RPŞ-nin əməkdaşları tərəfindən iyunun 13-də Bayandurlu kəndindəki evlərin birindən 385 manat oğurlamaqda şübhəli bilinən rayon sakini olan bir yeniyetmə saxlanılıb.