Britaniyalı müğənni Robbi Uilyams Rusiyada düzənlənən futbol üzrə dünya çempionatının açılış mərasimində çıxışı zamanı kameraya orta barmağını göstərib.
Publika.az xəbər verir ki, onun bu hərəkəti sosial şəbəkələrdə kəskin etirazla qarşılanıb.
Xatırladaq ki, dünya çempionatı 14 iyun – 15 iyul aralığında Rusiyanın 12 stadionunda keçiriləcək.