Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə bildirib ki, hadisə Mingəçevir şəhərində baş verib.
Verilən məlumata görə, iyunun 13-də Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Q.Əlibabayev həmyerlisi Mürşüd Məmmədovun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1000 manat verməsini tələb etdiyini bildirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS