Загрузка...

Ötən gün gecə saatlarında Bakıda minik avtomobili geyim mağazasına girib.

BAKU.WS xəbər verir ki, hadisə “Memar Əcəmi” metro stansiyası yaxınlığındakı mağazalardan birində qeydə alınıb.

Hüseynbala Əliyev küçəsində sürətlə hərəkət edən “KİA” markalı avtomobilin qarşısına digər avtomobil çıxıb. Sürücü idarəetməni itirib və həmin ünvanda yerləşən qadın geyimləri mağazasına çırpılıb.

Nəticədə mağaza yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Bakıda avtomobil mağazaya çırpıldı - VİDEO

Bakıda avtomobil mağazaya çırpıldı - VİDEO