Загрузка...

Bakı şəhər sakini Rəşad Hüseynov bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Tuncay Vəliyev saxlanılıb.

İyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılmışdır.

Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülmüşdür.

Qeyd edək ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur.