Загрузка...

Saat 22:15-də ATV kanalında efirə gedən “Maşın” realiti-şounun canlı yayımında problem yaşanıb.

Publika.az xəbər verir ki, texniki nasazlıq 40 dəqiqədən çoxdur ki, davam edir. Verilişin aparıcısı Murad Dadaşov instaqram səhifəsində texniki nasazlıqla barədə açıqlama verib:

“Canlı yayımdayıq, texniki məsələlərdən dolayı efirimiz kəsilib. Biz ATV kanalında deyilik, çəkilişlər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aparılır. Ümidvaram ki, tezliklə canlı efirə qoşula biləcəyik”.

“MGP” (“M Group Production”) da məsələ ilə bağlı açıqlama yayıb:

“Əziz “Maşın” şounun izləyiciləri, “MGP” (“M Group Production”) şirkətindən asılı olmayan və “Azad Azərbaycan” telekanalına bağlı texniki səbəblərə görə bu gün 22:15-də başlayan efirimizdə müəyyən problemlər yaşanıb. Hazırda mütəxəssislər problemi aradan qaldırmağa və şounun yayımını bərpa etməyə çalışırlar. “Maşın”ın final həyəcanı davam edəcək. Bizi izləyin”.

Xatırladaq ki, final oyununda Uran, Roza Zərgərli və Hüseyn Əzizoğlu qalıb.