Загрузка...

Dilarə Kazımova ölkəmizi “Star of Asia”da təmsil edəcək.

Publika.az xəbər verir ki, tanınmış müğənni Dilarə Kazımova 16 və 17 iyun tarixlərində ölkəmizi “Star of Asia” beynəlxalq musiqi fevtivalında təmsil edəcək.

Qazaxıstanın Almatı şəhərində baş tutacaq festivala ifaçı təşkilatçılar tərəfindən dəvət alıb. Fərqli səs tembri ilə hər zaman seçilməyi bacaran D.Kazımova həmin gün səhnəni dünya ulduzları ilə bölüşəcək. Belə ki, tədbirin xüsusi qonağı əslən iranlı olan müğənni Araşdır. Festivalın digər dünyaca məşhur simaları isə Amerkidan Anastasiya, Özbəkistandan Sevara, Rusiyadan isə “Serebro” qrupudur.

Qeyd edək ki, “Star of Asia” beynəlxalq musiqi festivalı “Medeu” idman kompleksində baş tutacaq.