Загрузка...

İnsan güclü varlıqdır,  tək amalı yaşamaq, daha yaxşı yaşamaqdır. Və bunun üçün qarşısına çıxan hər maneəni dəf etməyə qadirdir.

Məqaləmizin qəhrəmanı ilə tanış olun. Medianews.az yazır.

Qısaca Kim Phuc

1972-də dünyanın diqqətini Vietnam müharibəsinə cəlb edən və aşağıda paylaşdığımız rəsmi çəkən fotoqrafın adı Nick Utdur. Ona Pulitzer mükafatı qazandıran bu fotonu çəkdiyi zaman atılan bombanın təsirindən şok yaşayan və yollarda qorxu, həyəcan və qışqırıqlarla qaçan bu çılpaq qızın adının Kim Phuc olduğunu bilmirdi.

Viyetnam müharibəsinin simvolu hesab olunan balaca qızın bu günü -FOTOLAR

1982-ci ildə Hollandiyalı jurnalist Fotodakı qızın izinə düşməyə qərar verir. Nəticədə, bütün bədəni yandığı üçün Saigondakı bir xəstəxanada 14 ay yatan, hər dəfə yanıq dərisi bədənindən təmizlənərkən ağrı şokundan bayılan qızın adının Kim Phuc olduğu ortaya çıxır.

Vyetnam müharibəsinin simvoluna çevrilən bu qız tapıldığında isə o, artıq 34 yaşında, evli və 1 uşaq anası idi.

Viyetnam müharibəsinin simvolu hesab olunan balaca qızın bu günü -FOTOLAR

Ömürlük damğalanan o yaraların sahibi qadının tək təsəllisi var. Müsahibə zamanı “Bəxtim gətirib ki, üzümdə xırda bir ləkə belə yoxdur”, deyib.

Viyetnam müharibəsinin simvolu hesab olunan balaca qızın bu günü -FOTOLAR

1996-cı ildə Vaşinqtonda Vyetnam müharibəsini yad etmək üçün hazırlanmış bir tədbirdə çıxış edən Kim Phuc bütün dünyaya insanlıq dərsi verdi:
“O, bombaları atan pilotla qarşılaşsam, deyərdim ki, keçmişi dəyişdirə bilmərik, amma bu gün, sabah və hətta sonsuza qədər sülh naminə əlimizdən gələni edə bilərik.”

Nitqini bitirib kürsüdən enən zaman naməlum bir şəxs Kimə yaxınlaşıb bir kağız parçası uzadır və barmağı ilə göndərən şəxsi işarə edir. Kağızda “Kim, o adam mənəm”, yazılmışdı. İşarə edilən adam əli-ayağı əsə-əsə bir küncdə durub Kim Phuca baxır, gözlərini ondan çəkə bilmirdi. Kimin diqqətlə baxmağa başladığı həmin kişi 1972-ci ilin 8 iyun günündə onun balaca dünyasına Napalm bombasını atan təyyarənin pilotu John Plummer idi. Bir neçə dəqiqə sonra qadın həmin adama doğru irəliləyir və qollarını açaraq onu ürəkdən qucaqlayır.

Viyetnam müharibəsinin simvolu hesab olunan balaca qızın bu günü -FOTOLAR

Pilotun aqibəti…

Müharibədən sonra Plummer dərin psixoloji böhran yaşayır, illərlə özünə gələ bilmir, din adamı olur və o balaca qızın rəsmini qəzetdən kəsib bütün həyatı boyu cibində daşıyır.

Müharibənin faciəvi nəticələrini bədənində bütün həyatı boyu hiss edən o qızcığaz böyüyüb həkim olmağa qərar verir…

Bombardmanda aldığı xəsarətlər nəticəsində çənəsi ilə sinəsi bir- birinə bitişmiş, sol əli sümüyünə qədər yanmışdı. Xəstəxanada anası daima yanında idi, San Fransiskolu həkim Dr. Mark Gorney qızcığazı xilas etməyə çalışırdı.Bütün bunlardan sonra o, həkim olmağa qərar verir. İki il sonra öz doğma kəndinə qayıdır və təhsil alamağa başlayır, ancaq səhhəti ilə bağlı problemlərdən dolayı təhsilini tamamlaya bilmir və 1992-ci ildə evlənir.

Viyetnam müharibəsinin simvolu hesab olunan balaca qızın bu günü -FOTOLAR

Hal- hazırda o, öz adına yaradılan fondun idarə heyətinin üzvüdür və müharibəyə qarşı maarifləndirmə ilə məşğuldur.

Viyetnam müharibəsinin simvolu hesab olunan balaca qızın bu günü -FOTOLAR

Viyetnam müharibəsinin simvolu hesab olunan balaca qızın bu günü -FOTOLAR

Fondun saytını ziyarət etmək istəyənlər kimfoundation.com internet ünvanına baxa bilər.
Məqalə Vikipediada yer alan Kim Phuc maddəsindən ilhamlanaraq hazırlanmışdır.

Kim Phucun indiki şəkilləri onu məşhur edən faciəvi şəklə inad olaraq həmişə gülərüzlüdür.

Medianews.az