Загрузка...

“Şah İsmayıl Xətaini aparıb qoymuşuq iki yolun ortasına”.

Publika.az-ın xəbərinə görə, bunu Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.

O, əlavə edib ki, ölkəyə gələn xarici vətəndaş Xətainin abidəsi önündə foto çəkdirmək istəsə qəzaya düşəcək:

“Şah İsmayıl Xətai bu dövləti qurub, onun qurduğu dövlətin ərazisi milyonlarla kvadrat kilometr olub. Amma Şah İsmayılı aparıb qoymuşuq iki yolun ortasında. Qaçaq Koroğlunu aparıb qoyublar parkın ortasına”.