Загрузка...

Fransa paytaxtı Parisdə naməlum şəxs iki nəfəri girov götürüb.

Publika.az xəbər verir ki, bu barədə “France İnfo” şəhər polisinə istinadən məlumat yayıb.

Hadisə yerinə xüsusi təyinatlı dəstə göndərilib. Hələlik, hadisənin motivi məlum deyil.

Mənbənin məlumatına görə, girov götürülənlərdən biri hamilə qadındır. Cinayətkar İran səfirliyi ilə əlaqə yaradılmasını tələb edir.