Məhkəmə Çağatay Ulusoy və Gizem Karacanın bir-birindən pulla marixuana satın aldığını əsas gətirərək, onların narkotik ticarəti ilə məşğul olduqlarını önə sürüb.
Medianews.az xəbər verir ki, Gizem Karacanın telefondakı səs yazıları dəlil sayılıb. Məhkəmə qərarında Çağatayın Gizəm üçün marixuana aldırdığı qeyd olunub, aktyorun evinin vanna otağından narkotik maddə aşkarlandığı bildirilib.
Telefon danışığında isə Gizəm Çağataya bu sözləri deyib: “İlk dəfə pul verəcəyəm, barı dəysin, o qədər qonaq etdin bizi, sən həll et, 300 gətirəcəyəm”.
Bu telefon danışığı narkotik maddə üçün pul verməyə dəlil olaraq göstərilib.
Qeyd edək ki, məhkəmə Çağatay Ulusoy, Gizəm Karaca, Yusuf Hasan Akgün, Hüseyin Orçun Benli, Ayşe Selin Borankaya narkotik ticarəti suçundan 4 il 2 ay, Cenk Erenə isə 6 il 3 ay həbs cəzası verib.
Medianews.az