Qızıl deyilərkən ağıla ilk gələn bəzək əşyaları olsa da, artıq qızıldan da yemək üçün istifadə olunur.
Medianews.az xəbər verir ki, qızılla bəzədilmiş tortlar və şirniyyatlar zəngin süfrələrində artıq adi hala çevrilib. ABŞ-ın Nyu-York şəhərindəki bir restoranda isə qızıl souslu toyuq qanadı müştərilərə təklif olunur. “Ainsworth” adlı restoranın menyusundakı qızıl souslu toyuq qanadı fərqli dadları sınamaq istəyənlərin əsas seçimidir. Toyuq qanadları qızarıldıqdan sonra 24 ayar yeyilə bilən qızıl sousa batırılır və servis olunur.
Bu qızıl souslu qanadların 10 ədədlik porsunun qiyməti 45 dollardı. 20 qanaddan ibarət pors isə 90 dollara satılır.
Medianews.az