Bakı sakinlərindən biri ölmüş iti öz avtomobilinin arxasına bağlayaraq sürüyüb.
Bu barədə görüntü Axar.az-ın elektron poçtuna oxucularımızdan biri tərəfindən göndərilib. Görüntülərdə ölmüş itin ayağına ip keçirildiyi və onun hərəkətdə olan avtomobilin arxa hissəsinə bağlanıldığı əks olunub.
Bakının Şuşa qəsəbəsindən şəhər mərkəzinə gələn yol istiqamətində qeydə alınan görüntünün bu ilin mart-aprel aylarına aid olduğu bildirilib.