Загрузка...

Azərbaycanda altı uşaqlı ailə kasıbçılıq üzündən uşaqlarını “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına atıb.

BAKU.WS xəbər verir ki, İctimai Birliyin sədri Mehriban Zeynalova sözügedən uşaqların sığınacağa ana tərəfindən gətirildiyini bildirib:

“Altı uşaqlı ana əvvəlcə dörd uşağını sığınacağa qoyub getdi və artıq onlara baxa bilmədiyini dedi. Sonra uşaqların beşini dövlət müəssisəsinə yerləşdirmək istədiyini bildirdi”.

Zeynalova uşaqların uşaq evinə yerləşdirilməsinə atanın da razılıq verdiyini deyir: “Uşaqların ən kiçiyi 6 aylıqdır. Əri də razılıq verib, yalnız 3 yaşlı uşaqdan başqa. Səbəb də onu daha çox sevməsidir. Ədalətinə şükür İlahi! O biri uşaqların nə düşünməsi valideynlərə maraqlı deyil”.

Plansız şəkildə dünyaya uşaq gətirən məsuliyyətsiz valideynlərin səhvi üzündən atalı-analı uşaqlar kimsəsiz uşaqlar kimi ata-ana qayğısından məhrum şəraitdə böyüyəcəkləri acınacaqlı haldır ki…

Azərbaycanda ana beş uşağını atdı: ən kiçiyi 6 aylıqdır - FOTO