Загрузка...

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Fuad Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə hökm oxunub. Hökmə əsasən, F.Zeynalov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Oğurluq hadisəsi ötən ilin oktyabrında baş verib. Abşeron rayon sakini Qədir Əliyevinin mənzilindən 62 min avro oğurlanıb. Cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, Qədir Əliyevin mənzilindən oğurluq edən şəxs onun qohumu olub.

Zərərçəkmiş Q.Əliyev ifadəsində göstərib ki, 10 ildən artıq Almaniyada yaşayıb, orada alman dili müəllimi işləyib, ötən il Azərbaycana qayıdıb.

Q.Əliyev qeyd edib ki, dəymiş zərərdən yalnız 11 min 800 avro qaytarılıb.

Virtualaz.org