Türkiyənin məşhur serialı olan “Diriliş Ertuğrul”da rol alan azərbaycanlı aktrisa oxuduğu mahnı ilə gündəmə gəlib.
Medianews.az xəbər verir ki, serialda “Almalı xatun” obrazını canlandıran Könül Nağıyeva “Küçələrə su səpmişəm” mahnısını ifa edib.
Feysbukda 6 milyon izləyicisi olan “Yok Artık” səhifəsinin canlı yayımında qonaq olan aktrisa sual atəşinə tutulub. Canlı yayımda aktrisanın pərəstişkarlarından biri onun mahnı oxumasını xahiş edib. Pərəstişkarının istəyini qırmayan aktrisa canlı yayımda “Küçələrə su səpmişəm” mahnısını oxuyub. Canlı yayım 1 milyon insan tərəfindən izlənilib.
Onu da qeyd edək ki, aktrisa Könül Nağıyeva məşhur “Diriliş Ertuğrul” serialından ötən həftə ayrılıb. Azərbaycanlı aktrisa Türkiyədə uzun müddətdir yaşayır və orada fəailiyyət göstərir.