Rusiyada futbol üzrə dünya çempionatı öncəsi Putin rejiminə müxalif olan insanlar müxtəlif təqiblərə məruz qalır.
Çempionata çox sayda azarkeş turist gələcəyinə görə rejim ona qarşı çıxacaq hər cür səsi kəsmək istəyir. Bu məqsədlə prezident Vladimir Putin 2017-ci ildə verdiyi fərmanla ölkə daxilində çempionatla bağlı istənilən kütləvi tədbirləri qadağan edib. Bundan başqa, Putin iqtidarı ilə barışmayan gənclər arasında da “profilaktik” tədbirlər, yəni siyasi təqiblər həyata keçirilir.
“Moskva məhkəməsi Vladimir Putini tənqid edən 19 yaşlı qızın sentyabr ayına qədər istintaq tədricxanasında saxlanılmasına qərar verib”, – “The Telegraph” qəzetindən Alek Mun yazır.
Qəzetin yazdığına görə, hakim Anatoli Kosytukov baytarlıq fakultəsinin tələbəsi Mariya Dubovikin saxlandığı təxridxananın ev həbsi ilə əvəz olunması barədə vəkillərin vəsatətini rədd edib. Mariya Dubovik 5 yoldaşı ilə birlikdə qapalı çatda Vladimir Putin haqqında tənqidi ifadələr işlətmək ittihamı ilə mart ayında həbs olunubmuş. Hazırda bu uşaqları “ekstremist qrup yaratmaq” ittihamı ilə 10 ilə yaxın həbs gözləyir. Onların içində 17 yaşlı Anna Pavlikova və 19 yaşlı Vyaçeslav Kryukov da var. Qalanları hələlik ev həbsinə məhkum edilib. Rusiyadan kənarda fəaliyyə göstərən dissident təşkilatlar və hüquq müdafiəçilərinin, o cümlədən vəkillərin fikrincə, adları çəkilən gənclər qondarma adlarla onların arasına soxulan xüsusi xidmət orqanlarının əməkdaşlarının tələsinə düşüblər.
“Bir qrup silahlı polis bizim evə axtarış üçün gələndə mənə Mariyanın Rusiyada konstitusiya quruluşunu dəyişmək istədiyini söylədilər. Biz qorxduq ki, qız hansısa təşkilat naminə hər şeyini qurban verib. Amma sonradan instituta gedib öyrəndik ki, Maşa 1 dərsi belə buraxmayıb. O, sadəcə Rusiyada dissident əhval ruhiyəli insanlarla söhbət edirmiş”, – Mariya Dubovikin atası Sergey Dubovik müxbirə danışıb.
“Görəsən Avropanın komandaları günahsız insanların tutulduğu və öldürüldüyü bir ölkədə keçirilən mundialda iştirak etməyi özlərinə necə rəva bilirlər”, – müxalif fəal İldar Dadin qəzet vasitəsilə dünyaya müraciət edib.
İspaniyanın “El Pais” qəzeti isə Moskva Dövlət Universitetinin Dmitri Petelin adlı 1-ci kurs tələbəsini olduqca qəribə ittihamla 3 il həbs gözlədiyini yazıb. Tələbənin günahı ondan ibarət imş ki, universitet ərazisində radikal və şovinist azarkeşlər üçün fan-zona yaradılmasına qarşı çıxıb və buna görə də şəhərin divarında şüarlar yazıb.
Musavat.com