Əməkdar artist Abbas Bağırov ata olacaq.
Musavat.com xəbər verir ki, o, bu haqda “Maşın” şoudan uzaqlaşdırılandan sonra açıqlama verib: “Mən heç vaxt şəxsi həyatımla gündəmə gəlməmişəm. Demişdim ki, maşını udsam, bir nəfərə aparacam. O bir nəfər mənim oğlumdur. Tezliklə ata olacağam. Ailəm üçün çox darıxmışam. Neçə gündür ki, onları görə bilmirəm, telefonlarımız yoxdur. Yaxşı ki, oyundan gedirəm”.
Qeyd edək ki, A. Bağırov ötən il öz qohumu ilə ikinci dəfə ailə qurub. Onun ilk evliliyindən 1 qızı var.