Dünyaca məşhur aktyor George Clooney bu il 46-cı dəfə keçirilən “American Film Institude Awards”da “Həyat boyu müvəffəqiyyət” mükafatı qazanıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyoru həyat yoldaşı Amal Clooney öpərək səhnəyə yola salıb.
Amal daha sonra həyat yoldaşının uğurundan danışıb: “35 yaşımda evdə qaldığımı düşünürdüm ki, George ilə tanış oldum. O vaxt Londondakı evimdə gizli-gizli görüşüb, vaxt keçirirdik. Sonra başa düşdüm ki, ondan başqası ilə olamq istəmirəm. Keçirdiyimiz 5 il ərzində heç nə dəyişmədi. Hələ də heyran olduğum və bir təbəssümü ilə qəlbimi əridən yeganə insandır. Sevgilim, sən tapmaq istədiyim eşqsən”.