Müğənni Roza Zərgərli bu gün üçüncü dəfə “Maşın” şouda səsverməyə çıxıb.
Musavat.com xəbər verir ki, ifaçı öncə qadınlardan birini çıxaracağını deyib. Daha sonra Pərvin Abıyeva ilə aparıcı Aytən Səfərovadan birinin hədəfi olduğunu bildirib. O, sonda qalib gələrsə, Aytəni uzaqlaşdıracağını vəd edib. Nəticələr açıqlananda məlum olub ki, Zərgərli 63.12 faiz səs toplayıb və o, oyunda qalır.
İfaçı hədəfini açıqlamamışdan öncə çıxış üçün icazə istəyib: “Hədəfim Abbas Bağırov idi. Sonra dostum oldu. Rahidə qorxaq qadın deyilmiş. Uran dostumdur. Hüseyn övladımdır, mərddir. Pərvin, şübhəyə düşəndə gözlərimə bax. Aytən Səfərova sən insanlara qarşı inamını itirmisən, insanlara güvən. Mənə Ruhəngiz Musəvi and verdi ki, onu oyundan uzaqlaşdırım, nəvəsi üçün darıxıb. Onun sözünü yerə sala bilməzdim. Oyundan onu uzaqlaşdırıram”.
R.Musəvinin gedişi Aytən Səfərovanı gözyaşına boğub.