Bizim təcili tibbi yardım maşını 10 dəqiqəyə əraziyə çatıb, amma onlar çatana qədər xəstə artıq vəfat etmişdi.
Bu sözləri Axar.az-a açıqlamasında Tovuz şəhəri təcili yardım stansiyasının baş həkimi İmamverdi Qənbərov deyib. O bildirib ki, həkimlər ciddi xəsarət almayıblar:
“Hadisə Qovların İbrahimhacılı kəndində baş verib. Ölən şəxs ürək xəstəliyindən əziyyət çəkirdi. Onun yaxınları həkimimizə qarşı fiziki zorakılıq nümayiş etdirib. Həkimin üzündə zərbə izləri var, gözünün altı göyərib. Ambulansın da qabaq şüşəsini sındırıblar. Məsələ ilə bağlı rayon prokurorluğunda araşdırma başlayıb”.
Qeyd edək ki, APA-nın xəbərinə görə, ötən gecə Tovuzda təcili tibbi yardım maşınının çağırışa gec gəldiyi üçün xəstənin vəfat etdiyini bildirən yaxınları həkim Eldar Abdıyevə və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.