Загрузка...

“Maşın” şounun növbəti buraxılışı qalmaqalla yadda qalıb.

Musavat.com xəbər verir ki, səsverməyə müğənni Əli Mirəliyev çıxıb. Mübarizə çox sakit davam etsə də, birdən mübahisəyə çevrilib. Mirəliyev öncə hədəfini açıqlamasa da, sonra P. Abıyevanın adını çəkib. Bildirib ki, aktrisanın “Qocaların burda nə işi var?” deməsi onu acıqlandırıb. Abiyeva isə belə bir söz demədiyini biıdirib. Aytən Səfərova isə Mirəliyevin dediyini təsdiqləyib.
Aktrisanın “Mən Mirəliyevin oxuduğunun çoxunu anlamıram” deməsi aranı qızışdırıb.

“Sən kimsən ki, oxumağımıza nə isə deyirsən? Kim olduğun bilinmir? Sürdüyün bahalı maşını hansı pulla almısan?” – deyərək, müğənni gənc aktrisanı ittiham edib.

“Sizə bu sözləri yaraşdırmadım. Mən Türkiyədə tanınan, orada filmə çəkilən yeganə gənc aktrisayam. Məni Əli Mirəliyev verilişinə iki dəfə dəvət edib, çoxlu da tərifləyib. İndi nə dəyişdi? Dəmir parçasına görə edirsinizsə, sizin olsun”, -deyə Abiyeva təəccübləndiyini bildirib.