Keçən gün Nyu-Yorkda “Ocean’s 8” filminin premyerası keçirilib.
Medianews.az xəbər verir ki, komediya janrında çəkilən flimdə Keyt Blanşet, Sarah Paulson, Rihanna, Anne Hatavay, Sandra Bullok, Helena Bonham Karter kimi məşhurlar rol alıb. Bütün qadınların şıq olduğu tədbirdə Rihanna yenə diqqət mərkəzində olmağı bacarıb. Adriana Limanın da dəvət olunduğu qalada Rihanna ilginc libas seçimiylə bəyənilib.
Qeyd edək ki, “Ocean’s 8” filmi bir qrup cinayətkar qadının soyğun planından bəhs edir.
Medianews.az