“Real” heyətinə yeni futbolçu cəlb edir.
Qol.az-ın İspaniyanın “Sport” nəşrinə istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi “Santos”un yarımmüdafiəçisi Rodriqo Qoeslə razılığa gəlib. 17 yaşlı braziliyalı futbolçunun transfer qiymətinin 45 milyon avro olduğu bildirilir.
“Barselona” da gənc futbolçunu transfer etmək istəsə də, “kral klubu” daha tez hərəkət edib.
Qeyd edək ki, R.Qoes ötən mövsüm Braziliya çempionatda 9 oyuna çıxıb və 2 qol vurub, 5 məhsuldar ötürmə edib.