İsveçrəli bir hüquqşünas ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarına özünün rusiyalı müştərilərini satıb və buna görə həbs olunub.
Cenevrəli vəkil rusların beynəlxalq sanksiyaları pozaraq İran neftini xaricə satdığını xəbər edibmiş.
“Bloomberg” agentliyinin verdiyi məlumata görə, Metyu Periş adlı bu vəkilə qarşı vaxtilə nümayəndəlik etdiyi adamlar iddia qaldırıblar. Onlar onu dələduzluqda, böhtan atmaqda və vəkillik sirrini yaymaqda suçlayırlar. Perişi tutduran Murat Seyitnepesov və Konstantin Rındin adlı rusiyalı neft treyderləridir. Onlar isveçrəli vəkilin şantaj yolu ilə pul almaq istədiklərini bildiriblər. Əgər iddialar öz təsdiqni tapsa, Perişi vəkillik sirrini yaymağa görə 3, dələduzluğa görə isə 10 il həbs həyatı gözləyir.
Yazıda Metyu Perişin keçən əsrin 90-cı illərində BMT-nin keçmiş Yuqoslaviyadakı nümayəndəliyində müşavir işlədiyi qeyd olunur. Bu ilin martın 26-da həmin vəkil Böyük Britaniyanın əks-kəşfiyyat orqanı sayılan “Mİ 5”-ə məktub göndərərək onlara vacib informasiya verib.
Yazıda Periş bildirib ki, “Integral Petroleum SA” şirkətinin direktoru Murat Seyitnepesov özünün neft ticarəti iə bağlı olaraq fırılqdaq əmliyyatlara rəhbərlik edir. Həmin əməliyyatların əsas məqsədi İrana qarşı tətbiq edilən sanksiyalardan yayınmaq, habelə Rusiya və İranın beynəlxalq sanksiya altında olan fiziki və hüquqi şəxlərləri ilə sazişləri yerinə yetirməkdən ibarət imiş.
Mayın 1-də Periş eyni məzmunda olan məktubu ABŞ-ın Xarici aktivlər üzərində nəzarət idarəsinə göndərib. Perişinn iddiasına görə, “Integral Petroleum” İran neftini Türkmənistan nefti ilə qarışdıraraq onu tükrmən nefti adı altında xarici bazara çıxarırmış. O, həmçinin “Integral Petroleum” və onunla bağlı şirkətlərin İran İslam Keşikçiləri Korpusuna maddi dəstək verdiyini belə yazıb.
Seyitnepesov və Rındin öz iddia ərizələrində Perişin onlardan 2017-ci ilin mart və aprel aylarında 720 min İsveçrə frankı, daha sonra isə 898 min frank tələb etdiyini bildiriblər.
Periş pulun verilməsi müqabilində ABŞ və Böyük Britaniya orqanlarına verdiyi ərziləri geri götürməyi, habelə bu ərizilərlə bağlı təhqiqatın aparılmayacağı vədini veribmiş.
Hər halda, görünür, isveçrəli vəkil demokratik Avropada şahların qanun olmadığını, əksinə qanunların şah olduğunu unudubmuş…
Musavat.com