Yutub sosial şəbəkəsində iki kobranın döyüşməsi ilə bağlı videogörüntülər yayılıb.
Axar.az xəbər verir ki, videoda sürünənlərin bir-birinə necə dolaşdığı aydın görünür.
Daha sonra ilanlardan biri taktikanı dəyişərək digərinin boğazından tutur.
Görüntülər yarıda kəsildiyindən bu savaşda kimin qalib gəldiyi məlum olmur.