Qazaxıstan vətəndaşı Atçıbayeva Aygün Almaz qızı Bakıda, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yoxa çıxıb.

BAKU.WS xəbər verir ki, Aygül imkanlı, biznesi olan qadındır. O, Azərbaycana sevgilisi ilə gəlib.

Onunla birlikdə Azərbaycana gələn kişinin sözlərinə görə, Aygül 27.05.2018 tarixində hava limanından yoxa çııxıb.

O, qeyri-rəsmi nikahda olduğu şəxslə Oğuz rayonunun Qarabulaq kəndinə gəliblər. 3 gün orada qaldıqdan sonra Qazaxıstana geri dönmək məqsədilə birlikdə Hava limanına gəliblər. Aygül ona biri ilə görüşəcəyini deyib. Aygülün bu sözündən sonra o, Oğuz rayonuna geri qayıdıb. Bundan sonra ondan heç bir xəbər almayıb.

Həmin şəxs Aygülün qeyri-rəsmi birlikdə yaşadığı həyat yoldaşıdır. Onlar 10 aydır birlikdə yaşayıblar və itkin düşmüş biznes-ledi 4 aylıq hamilədir.

Aygülün qardaşı bacısının axtarışları ilə bağlı ölkəmizə gəlib. O, bacısının azərbaycanlı sevgilisini Elçin kimi tanıdığını, lakin Azərbaycana gəldikdən sonra əsl adının Yolçu olduğunu öyrənib.

Qardaşının sözlərinə görə, Aygülün ilk nikahından 11 yaşında qızı var.

BAKU.WS

Загрузка...