Загрузка...

Şamaxı rayonunun Mirikənd kəndində “Mercedes” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub.

BAKU.WS-in WhatsApp nömrəsinə qəzanın görüntüsü göndərilib. Kadrlardan göründüyü kimi “Ford” markalı mikroavtobus aşıb. Digər “Mercedes” markalı maşın isə yararsız hala düşüb.

Qəza zamanı mikroavtobusda olan 1 nəfər (sərnişin) xəsarət alıb və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri yaralını müvafiq qaydada mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə nəticəsində “Mercedes”də olan 3 sərnişin, “Ford” markalı mikroavtobusda olan 10-a yaxın sərnişin Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzanın görüntüsünü təqdim edirik: