“Maşın” şounun növbəti buraxılışı sona çatıb.
Musavat.com xəbər verir ki, səsverməyə müğənni Əli Mirəliyev çıxıb. O, öncə hədəfini açıqlamasa da, sonra aktrisa Pərvin Abıyevanın adını çəkib. Abiyeva isə Əli Mirəliyevin getməsi üçün səs istəməyib. İfaçı 43.35 faiz səs toplayaraq oyundan gedib.
“Atam ömür boyu avtobusda gedib. Mən ondan artıq kişi deyiləm ki. İndiyə kimi taksidə getmişəm. Yenə də taksi ilə gedərəm”,- deyərək, Mirəliyev şounu tərk edib.