Qvatemalda baş verən vulkan püskürməsindən sonra fəlakət zonasının yeni fotoları ortaya çıxıb.
Musavat.com-un məlumatına görə, 3 iyunda Fueqo vulkanında baş verən partlayışdan sonra vulkan kül və lava püskürməyə başlayıb, onlarla kilometr ərazi pas rəngli küllə qapanıb. Küləyin köməyi ilə lava artıq 70 km əraziyə yayılıb. Vulkandan zərərçəkənlərə kömək etmək üçün yüzlərlə xilasedici çalışır. Son məlumata görə, hadisə nəticəsində 82 nəfər ölüb, 2 milyon insan isə zərər çəkib.
Fəlakət zonasından fotoları təqdim edirik: