Загрузка...

Sumqayıt şəhərində 15 yaşlı məktəbli qızı avtomobil vurub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.

Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Vüsalə Mübariz qızı İbrahimova həmin ərazidə yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.