Загрузка...

Şamaxı Rayon Prokurorluğundan virtualaz.org-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisənin baş vermə səbəbləri, eləcə də cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə zamanı odlu silahdan açılmış atəş nəticəsində ağır dərəcəli bədən xəsarəti almış Şamaxı rayon sakini, 1978-ci il təvəllüdlü Qədimov Elxan Əlibaba oğlu xəstəxanaya yerləşdirilib.

Virtual.org

* * *17:00

Şamaxı rayonunda silahlı insident olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyunun 6-da baş verib. Kriminal aləmin 10-a yaxın üzvü arasında baş verən atışmada bir neçə nəfər yaralanıb.

Şamaxı Rayon Prokurorluğundan sayta bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və hazırda istintaq davam etdirilir.

Prokurorluq hadisə bağlı əlavə məlumat verməkdən imtina edib.