Загрузка...

Teleməkanın ən qalmaqallı şousu “Maşın”ın 8-ci günü yaşanıb.

Musavat.com xəbər verir ki, səsverməyə aparıcı Mətanət Əliverdiyeva çıxıb. O, hədəf olaraq həmkarı Aytən Səfərovanı seçib. Oyun həmişəkindən fərqli keçib. Qalmaqallara, səs-küylü mübahisələrə səhnə olan yarış çox sakit şəkildə başa çatıb. Mübarizənin gedişatına digər iştirakçılar qarışmayıb. Pərvinin “Mətanət qalib olarsa, hədəfini dəyişəcək”, deməsi Əliverdiyevanı əsəbləşdirib. O, “Hər kəs narahatdır. Narahat qalın. Qalib olsam, Aytəni çıxartmayacağam. Kişidir hədəfim”.

Sonda nəticə açıqlanıb. M. Əliverdiyeva 24.66 faiz səs toplayaraq oyundan çıxıb.