Загрузка...

ARB TV-nin “Səhər-Səhər” verlişində növbətinin qonağı Xalq artisti Nazpəri Dostəliyevanın bacısı müğənni Zeynəb Dostəliyeva və Əməkdar artist Kübra Əliyeva olub.

Publik.az xəbər verir ki, müğənni Damlanın ifasında xalq mahnılarını bəyənmədiyini dilə gətirib:

“Damlanı efirlərdə tez-tez görürük. Onun konsertinə də baxdım. Türk boğazı ilə oxuduğu mahnılar ona gözəl yaraşır. Amma bir-iki xalq mahnısı oxudu, gördüm ki, yox, qətiyyən onluq deyil. Onun etikası mənim çox xoşuma gəlir”.

Əməkdar artist isə ümumiyyətə, Damlanı tanımadığını deyib:

“Mən Vallah Damlanı tanımıram. Adını duymuşam. Özünü görməmişəm hələ”.