Загрузка...

Hazırda Türkiyədə yaşayan azərbaycanlı aktrisa, “P.S. Zaten boyun da küçüktü…” və “Ve bir americano…” kitablarının müəllifi Gülay Hüseynova möhtəşəm layihədə rol alıb.

Publika.az xəbər verir ki, G.Hüseynova ciddi maliyyə vəsaiti ayrılmış “Kalbimin Sultanı” serialında çəkilib. Həmyerlimiz böyük maraqla gözlənilən serial haqqında təəssüratlarını bizimlə paylaşıb:

Azərbaycanlı aktrisa 44 ölkədə yayımlanacaq türk-rus istehsalı olan SERİALDA - FOTO

“Kalbimin Sultanı” Türkiyə və Rusiyanın ortaq istehsalı olan serialdır. Layihənin supervayzeri Hollivud rejissoru Bobbi Rotdur ( Bobby Roth – “Prison Break”, “Lost” kimi dünyaca populyar serialların rejissoru). Çəkilişlərdə aktyor heyətinin yarısını türklər, yarısını ruslar təşkil edir. Təklif mənə serialın rejissoru Kerem Çakıroğlundan gəlmişdi. Kerem bəyin daha öncəki işlərini çox bəyənirəm, o, birlikdə çalışmaq istədiyim rejissor idi. Odur ki, təklifi sevə-sevə qəbul edib auditiona qatıldım. Oktyabr ayında çəkilişlər başladı, mən artıq seçilmədiyimi düşünürdüm ki, şirkətdən gözlənilən zəng gəldi. Müqaviləmizi imzaladıq, bədən ölçülərim götürüldü, kostyumlar hazırlandı, saçlarım tünd rəngə boyandı, Noyabr ayında setə girdim. Hesab edirəm ki, türk-rus ortaq layihəsində aktrisalığımla yanaşı həm rus, həm də türk dilini mükəmməl bilməyim önəmli üstünlük olduğu üçün məni seçdilər”.

“Soyuqdan donurduq”

Azərbaycanlı aktrisa 44 ölkədə yayımlanacaq türk-rus istehsalı olan SERİALDA - FOTO

Daha sonra aktrisa rolu haqqında danışıb: “Obrazımın adı Reyhan Kalfadır. Reyhan Esma Sultanın baş kalfası və tək sadiq sirdaşıdır. Çəkilişlərimiz İzmitdə olur. İzmitin havası da İstanbuldan soyuq olduğu üçün biz qış boyu ipək, tüllü kostyumlarda və çarıqlarda soyuqdan donurduq”.

Ciddi maliyyə vəsaiti ayrılmış iddialı bir serialdır.

Azərbaycanlı aktrisa 44 ölkədə yayımlanacaq türk-rus istehsalı olan SERİALDA - FOTO

G.Hüseynovanın sözlərinə görə, iyunun 13-də, Star TV-də yayımlanacaq “Kalbimin Sultanı” serialı beynəlxalq dərəcəli layihədir:

“Türk ssenarisi ilə hər biri 150 dəqiqə olmaqla, 8 bölüm tam hazır vəziyyətdədir. Rusiyada isə hər bölüm 50 dəqiqə planlaşdırıldığından, 24 bölüm rusca dublyajla “Pervıy Kanal” da efirə hazırdır. Eyni zamanda layihənin dünyaya satışı da başlayıb və 44 ölkə ilə müqavilə imzalanıb. Ciddi maliyyə vəsaiti ayrılmış iddialı bir serialdır. Serialın uzunömürlü olmasını əlbəttə ki, çox istəyirəm. Çünki üç ilə yaxındır İstanbulda yaşayıram və bu günə kimi gələn bir çox serial və film təkliflərinə yox demişəm. Yaxşı ssenari, yaxşı rol və yaxşı komanda hər zaman olmur. Üstəlik bu, beynəlxalq layihədir. Qısası, belə bir komanda ilə təcrübə mənim üçün önəmlidir. 13 İyun Türkiyə saatı ilə 20:00-da ilk bölümümüzlə Star TV-də başlayırıq. Yolumuz açıq, reytinqimiz bol olsun!”.

Azərbaycanlı aktrisa 44 ölkədə yayımlanacaq türk-rus istehsalı olan SERİALDA - FOTO

“Qadına heyranam”

“Kara Sevda”, “Kurt Seyit ve Şura”, “Kuzey Güney”, “Fatmagül’ün Suçu Ne?”, “Aşk-ı Memnu” kimi serialların tanınmış rejissoru Hilal Saraldan dərs alan aktrisa şanslı olduğunu düşünür:

“İstanbul Film Akademiyasında kamera önü aktyorluq dərsləri alıram. Qadına heyranam. Tələbəsi olduğum üçün də özümü çox şanslı hesab edirəm”.

Məlumat üçün bildirək ki, adıçəkilən ekran işində baş rollarda: Aleksandra Nikiforova (Anna), Ali Ersan Duru (Mahmut), Emel Çölgeçen (Esma Sultan) və başqaları çəkilib.