Загрузка...

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində tapılan meyitin kimliyi məlum olub.

Report agentliyi xəbər verir ki, Qırmızı Samux adlanan ərazidə tapılan meyit polis tərəfindən axtarışda olan 1967-ci il təvəllüdlü Kəlbəcər rayonundan məcburi köçkün olan və Göygöl rayonunun Tulalılar kəndində məskunlaşmış Firudin Əlif oğlu Ələsgərova məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətl hadisəsi Göygöl rayonunun “Hacıməlik” dəirəsi adlanan ərazisində baş verib. 1967-ci il təvəllüdlü Firudin Ələsgərov həyat yoldaşı, 1973-cü il təvəllüdlü Laləzar Abdullayeva ilə birlikdə evdən çıxıb. Şəmkir rayonuna işləməyə gedən zaman yolda aralarında mübahisə yaranıb.

Onlar banka olan borclarına görə hər gün qonşu rayona işləməyə gedirlərmiş.

Qadın hər gün Şəmkirdə təsərrüfatda fəhlə işləməkdən yorulmasından şikayətçi olub və daha işə getmək istəmədiyini bildirib.

Bu zaman əri ilə aralarında mübahisə yaranıb. F.Ələsgərov arvadına çoxlu saylı bıçaq zərbələri vuraraq onu öldürüb və hadisə yerindən qaçıb.

Xatırladaq ki, ailənin 3 övladı var.