Rusiya lideri Vladimir Putin müsahibə zamanı bir neçə dəfə avstriyalı jurnalistdən səbrli olmasını və sözünü kəsməməsini istəyib.
Axar.az xəbər verir ki, Kreml rəhbəri hətta bir neçə dəfə fikrini almanca izah edib.
“Əgər siz səbirli olub, məni dinləsəniz, o zaman fikrimi öyrənə bilərsiniz. Oldumu?” – deyə prezident onun sözünü kəsən jurnalistə deyib.
Daha sonra yenə cavabını tam almamış növbəti suala keçən jurnalist Putinin gözlənilməz reaksiyası ilə qarşılaşıb:
“Bir saniyə. Tələsməyin. İcazə verin, izah edim. Əks halda, bizdə müsahibə yox, bir tərəfin monoloqu olacaq. O da siz tərəfdən…” – deyə Putin bildirib.