Загрузка...

Cənubi Amerikada yayımlanan moda və maqazin jurnalı olan Vapa “Social Indicators Research” araşdırma şirkəti ilə hazırladığı bir sorğu ilə türk kişilərin daha bir fərqini üzə çıxarıb.

Nə qədər təəccüblü olsa da, bu fərq onların özünə necə qulluq etməsi ilə bağlıdır. Jurnalın araşdırmasına görə, Türkiyədə yaşayan kişilər həftədə 18.8 saatlarını özünə qulluğa ayırır. Ən çox vaxt ayırdıqları iş isə geyim seçimidir. Araşdırma həmçinin üzə çıxarıb ki, türk kişiləri son illərdə saç düzümü, parfümeriyadan istifadə kimi məsələlərə daha çox vaxt xərcləməyə başlayıb. Bu siyahıda ikinci yeri isə koreyalı kişilər tutub. Onlar da həftədə 8.8 saatlarını özünə qulluğa ayırır. Yapon və braziliyalı kişilər müvafiq olaraq üçüncü və dördüncü sıranı paylaşırlar.

Hər nə qədər təəccüblü olsa da, italyan kişilər sözügedən siyahıda 5-ci yeri tutublar. Onlar həftə ərzində özünə qulluğa 7 saat ayırırlar.

Musavat.com