Fantastik filmlərdə gördüyü səhnələrin oxşarını real həyatda görmək insanın ürəyinə bir az qorxu salır. Cənubi Koreyada beyin donduran bir hadisə baş verib.
Medianews.az xəbər verir ki, 63 yaşlı qadın içində mürəkkəb balığının da olduğu dəniz məhsulları yeyib. Çiy dəniz məhsulları yeyən qadın bir müddət sonra dil və diş ətində dözülməyəcək dərəcədə sancı, dişlənmə hissi şikayətləri ilə həkimə müraciət edib. Nəticədə hər şey məlum olub.
Qadının ağız selikli qişasında 12 ədəd kiçik, iynəyə bənzər sperm nümunələri tapılıb. Mütəxəssislər sperm nümunələrinin mürəkkəb balığına aid spermatofor kapsulları olduğunu aşkarlayıb. Mürəkkəb balığının cinsi Todarodes Pacificus, növü isə yapon uçan mürəkkəb balığı imiş.
Anamnez topladıqdan sonra məlum olub ki, qadın canlını daxili orqanlarını yetərincə təmizləmədən yeyib. Nəticədə canlı qalan və yerləşməyə yumşaq toxuma axtaran spermatoforlar qadının diş ətinə və dilinə invaziya edib. Bu qəribə hamiləlik situasiyası “Journal of Parasitology” jurnalında dərc olunub.
Nə yediyimizə və necə yediyimizə diqqət edək.
Medianews.az