Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 99 LM 189 dövlət qeydiyyat nişanlı “Lada” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə minik maşınının sürücüsü, Ağdam rayonunun İmamverdibəyli kənd sakini, 1993-cü il təvəllüdlü Quliyev Rauf Akif oğlu xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. (APA)