Qırğızıstanın sabiq baş naziri Sapar İsakov polis tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Komitəsinin yaydığı məlumata görə, İsakov korrupsiyada ittiham olunur.
Bildirilir ki, Bişkekin İstilik Elektrik Mərkəzinin yenilənməsi işləri zamanı ciddi yeyintiyə yol verilib.
Belə ki, elektrik mərkəzdə baş verən problem səbəbindən 5 gün ərzində məktəblərə, hospitallara, yaşayış binalarına isti su verilməmişdi.