Bu gün Bakının Əhmədli metrosu yaxınlığında qəza baş verib.
BAKU.WS-in məlumatına görə, qəza zamanı “Ford” markalı maşın işıq dirəyinə dəyib və daha sonra idarəetməni itirərək marketə çırpılıb.
Hadisə nəticəsində mağazaya ciddi ziyan dəyib. Yük daşıyan maşın isə yararsız vəziyyətə düşüb.
Qəzanın görüntüsünü təqdim edirik: