Загрузка...

Təbiətin ən məhsuldar canlılarından olan arılar çiçəkləri yalnız qoxularından və rənglərindən tanımır. Bunlarla yanaşı, çiçəkləri onların istehsal etdikləri minimal elektrik sahələrindən də seçə bilirlər.

Publika.az xəbər verir ki, bu elektrik sahələri Yer kürəsi və atmosfer arasındakı yük tarazlığını pozmaq özəlliyinə sahib olmaqla birgə, hər növ bitki üçün fərqlidir və bitkinin yerdən nə qədər yüksək olmasına, quruluşuna bağlıdır.

Çiçəklər bu aşağı qüvvəli elektrik sahələrini pollinatorları (çiçəkləri tozlandıran və təbii yolla çoxalmalarını təmin edən böcəklər) özlərinə cəlb etmək üçün bir əlavə üsul olaraq istifadə edirlər. “Milli Elmlər Akademiyasının tədqiqatları” dərgisində yayımlanan araşdırmanın müəllifləri bir lazer vibrometr (lazer şüası ilə arının tək bir tükünün hədəflənməsini təmin edən alət) istifadə edərək arının üzərindəki tükün çiçəyin zəif elektrik sahəsinə necə reaksiya verə biləcəyini ölçüb.

Elektrik sahəsi, dolayısı ilə, tükün hərəkət etməsi, tükə dəyən lazer şüasının tezliyinin dəyişməsini və bu yolla da vibrometrin tükün hərəkətinin sürətini ölçməsini təmin edir. Arılar çiçəklərin 10 sm uzaqlığında ikən çiçəyin elektrik sahəsi eyni statik elektrik enerjisi kimi arıların tüklərinin hərəkət etməsinə səbəb olur.

Bu tük hərəkəti tükərin köklərindən neyronların aktiv edilməsini və bu çiçək sevən böcəklərin elektrik sahəsini hiss etməsini təmin edir. Çiçəklərin zəif elektrik sahələri 10 sm uzaqda olan böcəklərə təsir edə bildiyi üçün daha böyük heyvanlar bundan təsirlənmir.