Filippin prezidenti Rodriqo Duterte növbəti dəfə hərəkəti ilə mübahisələrə səbəb olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyada filippinli qadınların iştirakı ilə keçirilən tədbirdə Duterte işçi qadınlardan birini dodağından öpməyə razı sala bilib. Prezidentin bu hərəkəti Filippin Qadın Haqqları Təşkilatı tərəfindən “Qadın düşməni dövlət rəhbərinin iyrənc hərəkəti” kimi qiymətləndirilib. Təşkilat Rodriqo Duterteni düşən nüfuzunu qaldırmaq üçün belə hərəkətlər etməkdə günahlandırıb.
Qeyd edək ki, Filippin rəhbəri qadınlara qarşı birmənalı olmayan mövqeyi ilə diqqət çəkir. Daha əvvəl o, iki həyat yoldaşı olduğu üçün daha çox maaş almalı olduğunu demişdi.